İşin təsviri
Əsas tələblər:
- Təhsil dərəcəsi: Ali təhsil
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli
- Komputer bilikləri: MS Office – Yaxşı
- Azərbaycan və rus dilini səlis bilməli
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
- İnsan resurslarının idarə edilməsi üzrə xüsusi ilə işə qəbul (Recruitment), təlim və inkişaf (Training and development) kimi sahələrdə nəzəri və praktiki biliklər
- Diqqətlilik,intizamlılıq, yüksək kommunikasiya,komanda işi
- Araşdırma, təhlil, müqayisə və qərar vermək
İş barədə:
- İşə qəbul prosesinin koordinasiyası və təşkili;
- Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
- CV incələmə və namizədlər bazasının yenilənməsi;
- İşəqəbul testlərinin həyata keçirilməsi;
- Namizədlərlə müsahibələrin təşkili, referansların alınması;
- İşəqəbul hesabatlarının hazırlanması;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Təlimlərin koordinasiyası və təşkili;
Əmək funksiyaları:
- Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
- Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işləmək
- Aylıq işədavamiyyət hesabatını tərtib etmək
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir
- Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
- İş qrafiki 09:00-dan 18:00-a dək (bazar günü 09:00-dan 14:00-dək)
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
Uyğun namizədlərdən CV formaları məktubun başlıq hissəsində HR Menecer yazarılaraq göndərmələri xahiş olunur.