Satıcı (Sumqayıt)

  • Myshops
  • Elanın qoyulma tarixi: 31.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Qarşıya qoyulan satış hədəflərinə nail olmaq üçün şirkətin strategiyasına uyğun işləmək.
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul haqqında tam və ətraflı məlumat vermək, suallara əsaslı şəkildə cavab vermək, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri haqqında məlumat vermək.
  • Satışı stimullaşdırmaq üçün təkliflər vermək.
  • Mağazada yüksək keyfiyyətli müştəri xidməti təmin etmək.
  • Mağazada müştərilərlə tanış olmaq, onların ehtiyaclarını öyrənmək.
  • Satışdan sonrakı proseslərə nəzarət etməklə müştəri xidmətlərinə nəzarət etmək.
  • Vitrinə nəzarət - qiymət etiketləri, təmizlik.

Tələblər:

  • Mağazadakı məhsullar haqqında texniki biliyə sahib olmalı.
  • MS Office proqramları üzrə bilikləri olmalı.
  • Səlis danışıq qabiliyyəti,fikrini aydın izah edə bilməli.
  • Kollektivdə işləmə bacarığı.
  • Rəqəmsal və məişət texnikasında təcrübəsi olması mütləqdir.
  • Rus və ingilis dili biliyi arzuolunandır.

İş qrafiki: 10.00-20.00

Əmək haqqı: 400 + satışdan bonuslar

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində Satıcı” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.