İşin təsviri
İşçiyə qoyulan tələblər:
- Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
- İş təcrübəsi-5 ildən artıq;
- 1C, MS Office bilikləri;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinə nəzarət;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Kassa, Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
- Vergi, mənfəət, DSMF və digər hesabatların hazırlanması və göndərilməsi.
İş şərtləri:
- Əmək haqqı: müsahibə əsasında
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühasib” yazaraq göndərə bilərlər.