Mağaza rəhbərinin müavini (Bakı)

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 24.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
  • Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
  • Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
  • Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
  • İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
  • Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);
  • Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • 1C proqramında işləmə bacarığı arzu olunandır;
  • Liderlik xüsusiyyətləri;
  • Yaranmış problemləri həll etmə bacarığı;
  • Nəticə yönümlülük;
  • Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
  • Komandada işləmək bacarığı.

 

İş şəraiti:

  • İş günləri: 6 günlük;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar