İşin təsviri
Good Home MMC xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Son tarix: 09.09.2024
- Şirkət: Good Home MMC
- Ərazi: Quba
- Maaş: minimum əmək haqqı+bonus
- Yaş: 21 — 30 yaş
- İş rejimi: Tam iş günü (6 gün)
- Müqavilə: Əmək müqaviləsi
- Əlaqə nömrəsi: 0103001101
Xüsusi tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
- Gərgin iş qrafikində işləmək bacarığı.
Vəzifə təlimatı:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
CV-nizi “Xəzinədar (Quba)“ başlığı altında elektron ünvanına göndərməyiniz xahiş olunur