İşin təsviri
Vəzifə öhdəlikləri:
- Filialın lombard kreditləri üzrə fəaliyyətinə rəhbərlik etmək və planların icrasını təmin etmək;
- Potensial müştərilərin axtarışı, cəlb edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Müştərilərin tələblərinə uyğun kredit məhsullarının təqdim edilməsi və fərdi təkliflərin hazırlanması;
- Kredit müraciətlərinin qəbul edilməsi, sənədlərin tam və düzgün şəkildə rəsmiləşdirilməsinə nəzarət;
- Kredit portfelinin idarə olunması, ödəniş intizamına və kredit keyfiyyətinə daimi nəzarət;
- Müştərilərlə mütəmadi əlaqə saxlayaraq, yaranan problemlərin operativ həllinə dəstək vermək;
- Filialın gündəlik fəaliyyətinə, işçi heyətinin işinə və daxili hesabatlılığa nəzarət etmək;
- Rəhbərliyə fəaliyyət barədə dövri hesabatların təqdim edilməsi.
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
- Lombard və ya kreditləşmə sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Lombard fəaliyyəti və girovla kreditləşmə prosedurları haqqında biliklər;
- Güclü analitik düşüncə, riyazi təfəkkür və qərarvermə bacarığı;
- Komandaya rəhbərlik və işin təşkili bacarığı;
- Dəqiqlik, məsuliyyət və detallara diqqətlilik;
- Azərbaycan dilini mükəmməl bilməli, rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə əsasında
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00
Uyğun namizədlər CV-lərini “Filial meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır