İşin təsviri
Kreativ komandamıza yaradıcılığı və öz üslubu ilə fərq yaradan Middle Copywriter axtarırıq!
Tələblər:
- Minimum 2 illik təcrübə (reklam, sosial media və ya marketinq sahəsində)
- Minimum 1 agentlik təcrübəsi
- Azərbaycan dilində yüksək yazı bacarığı (ingilis dili və rus dili üstünlükdür)
- Kreativ kontentlər, sloqanlar, reklam və sosial media mətnləri hazırlamaq bacarığı
- Brend tonuna uyğun fərqli yazı üslublarını formalaşdıra bilmək
- Deadline-lara riayət etmək və komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Brendlər üçün sosial media məzmunu və post planları hazırlamaq
- Markaların sosial media kampaniyaları üçün ideyalar və mətnlər yazmaq
- Brend kommunikasiya dilini formalaşdırmaq və davamlı inkişaf etdirmək
- Marketinq, dizayn , çəkiliş komandaları ilə birgə işləmək
- Mövcud mətnlərin redaktəsi və təkmilləşdirilməsi
İş rejimi:
- Full-time (10:00 – 18:00)
- Əməkhaqqı : 800-1000 (Əməkdaşın bilik və bacarıqlarına əsasən)
Müraciət üçün: CV və portfolio-nuzu [email protected] ünvanına göndərin. Başlıqda “Middle Copywriter” qeyd edin.