Anbardar

İşin təsviri

Təhsil və İş Təcrübəsi

  • Orta və ya ali təhsil (loqistika, iqtisadiyyat və ya idarəetmə sahəsi üstünlükdür).
  • Minimum 1–3 il anbarda iş təcrübəsi.
  • Anbar idarəetmə sistemləri (WMS) üzrə biliklərin olması arzuolunandır.

Peşə Bilikləri və Bacarıqlar

  • Anbar uçotu, daxilolma–çıxış, qalıq və inventar qaydalarını bilməli.
  • Elektron proqramlarda işləmək bacarığı: Excel, ERP sistemi və ya 1C.
  • Mal-materialın düzgün qəbulu, yerləşdirilməsi və buraxılışı üzrə biliklər.
  • Sayım (inventarizasiya) prosedurlarını bilməli.
  • Qablaşdırma, markalanma və saxlanma şərtlərini bilməli.
  • Yükləmə-boşaltma işlərinin təşkili və təhlükəsizlik qaydaları.
  • Göndəriləcək yükün təqibi, nəqliyyatçılarla intensive kontakt qurmaq

Fiziki və Texniki Tələblər

  • Fiziki cəhətdən sağlam olmalı və anbar şəraitində işləməyə hazır olmalı.
  • Lazım gəldikdə ağır yüklərin daşınması və qaldırılması.
  • Anbar texnikası (transpalet, forklift və s.) ilə işləmək bacarığı.

Şəxsi Keyfiyyətlər

  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmalı.
  • Dəqiqlik, dürüstlük və operativlik.
  • Komandada işləmək bacarığı.
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Vəzifə Öhdəliklərinə Uyğunluq Tələbləri

  • Mal-materialların qəbulu və müvafiq sənədləşmənin aparılması.
  • Malların çeşidlənməsi, düzgün yerləşdirilməsi və qeydiyyata alınması.
  • Gündəlik anbar daxilolma və çıxışlarının sistemə işlənməsi.
  • Aylıq və illik inventar işlərində iştirak.
  • Xüsusi saxlanma şərtlərinə əməl etmək (temperatur, rütubət, təhlükəsizlik).
  • İdarəçilik tərəfindən verilən tapşırıqların vaxtında icrası.

Əmək haqqı 

  • Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.