İşin təsviri
Biz komandamıza təcrübəli və nəticəyönümlü Korporativ Satış Meneceri axtarırıq!
Əgər siz satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!
Vəzifə öhdəlikləri:
- Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
- Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
- Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
- Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.
Namizədə tələblər:
- Ali təhsil (biznes, menecment və ya oxşar sahələr üzrə);
- Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi;
- Videomüşahidə kamera sistemləri, şəbəkə avadanlıqları, IP və TV kameralarının satışı üzrə təcrübə üstünlükdür;
- Yaş həddi: 30–40;
- Rus və ya ingilis dillərindən birini yüksək səviyyədə bilməli;
- Korporativ satış texnikalarına, danışıqlar aparmaq və təqdimat bacarıqlarına sahib olmalı;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalı.
Biz təklif edirik:
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Karyera inkişafı və davamlı təlimlər;
- Rəqabətədavamlı əmək haqqı və motivasiyaedici bonus sistemi.
Maraqlanan namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.