Daxili auditor

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etmək;
  • Cəmiyyətin ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə mütəmadi olaraq yoxlamalar aparmaq;
  • Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
  • Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
  • Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktı müvafiq qaydada sənədləşdirmək;
  • Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
  • Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət prosesinin qiymətləndirilməsi;
  • Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;
  • İnzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək;
  • Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu yoxlamaq.
  • Fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməmək və məxfilik prinsipinə əməl etmək.

Namizədə dair tələblər 

  • Ali təhsili 
  • Müvafiq sahə üzrə 2 (iki) il təcrübə;
  • Risklərinin anlaşılması, tanınması, qiymətləndirilməsi və idarə olunması bacarığı;
  • Yüksək intellektual səviyyə və analitik qabiliyyət;
  • Beynəlxalq və kənar auditlərin aparılması qaydaları və prinsiplərini bilmək
  • Azərbaycan dili üzrə sərbəst, İngilis və Rus dilləri üzrə orta səviyyədə (Intermediate) bilik;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.