İşin təsviri
Vəzifə öhdəlikləri:
- Çörək, şirniyyat və digər un məmulatlarını reseptlərə və göstərilən təlimatlara uyğun hazırlamaq və bişirmək;
- Zədələnmiş və satışa yararsız məhsulları satışdan çıxarmaq, son istifadə tarixlərinə nəzarət etmək;
- Hazır məmulatları mağaza standartlarına uyğun şəkildə piştaxtalara və rəflərə yığmaq və lazım gəldikdə satışını həyata keçirmək;
- İş növbəsinin sonunda iş ərazisinin və sobaların gigiyena və SƏTƏM qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək;
- İşə başlamazdan əvvəl və iş günü ərzində çörək bişirmə ərazisini və avadanlıqlarını təmizləmək, iş üçün hazır vəziyyətə gətirmək;
- Bütün çörək bişirmə avadanlıqlarının SƏTƏM və istehsalçı tələblərinə, eləcə də daxili təlimatlara uyğun istifadəsinə riayət etmək;
- Cihaz və avadanlıqlarda hər hansı problem yaranarsa rəhbərliyə və əlaqədar şəxslərə məlumat vermək;
- Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər (məhsulların satışı) işləri həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
Tələblər:
- Müvafiq sahə üzrə min 6 ay təcrübə
- Un məmulatlarının bişirilməsi , hazırlanması prossesləri üzrə bacarıq
- Çevik iş qrafikində işləmə bacarığı
- İşlədiyi sahəni,avadanlıqları təmiz saxlamaq
- Komandada işləmə bacarığı
Əmək şəraiti:
- İş qrafiki növbəli 6 günlük: 06:00-15:00 və ya 07:00- 16:00
- Maaş 530 + bonus+ nahar kartı
Müraciət qaydası:
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən email ünvanına “Çörəkçi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.