İşin təsviri
Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin və qiymətli kağızların mühafizəsini təmin edən qaydalara məcburi riayət etməklə onların qəbulu, uçotu, buraxılması və saxlanması üzrə əməliyyatları həyata keçirir;
- Daxil olan və çıxan sənədlər əsasında kassa kitabını aparır;
- Kitab balansı ilə pul vəsaitlərinin və qiymətli kağızların faktiki mövcudluğunu yoxlayır;
- Köhnə pul nişanlarının inventarlarını, habelə onların yeniləri ilə əvəz edilməsi məqsədilə bank müəssisələrinə verilməsi üçün müvafiq sənədləri tərtib edir;
- İnkassatorlardan qaydalar çərçivəsində vəsaiti təhvil alır və təhvil verir, zəruri sənədləri hazırlayır.
- Kassa hesabatlarını hazırlayır;
- Ona əmanət edilmiş dəyərlərə diqqətlə yanaşır;
- Ona həvalə edilmiş pul vəsaitlərinin və qiymətli kağızların təhlükəsizliyini təmin etmək və zərərin qarşısını almaq üçün bütün tədbirləri görür;
- Ona həvalə edilmiş qiymətlilərin təhlükəsizliyinə təhlükə yaradan bütün hallar barədə birbaşa rəhbərinə məlumat verir;
- Qiymətli əşyaların saxlanması, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, habelə kassa aparatının rəsmi sifarişləri barədə ona məlum olan məlumatları heç bir yerdə, heç vaxt və heç bir şəkildə açıqlamır;
- Qiymətli əşyaların saxlanması, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, habelə kassa aparatının rəsmi sifarişləri barədə ona məlum olan məlumatları heç bir yerdə, heç vaxt və heç bir şəkildə açıqlamır.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.