Mühasib

İşin təsviri

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat ixtisasları üzrə ali təhsilli; 
  • Mühasibat və vergi uçotu sahəsində 3-5 il iş təcrübəsi;
  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması bacarığı;
  • MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • 1C və ya analoji mühasibat proqramlarında işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;
  • Yaş: 25-40

Əsas vəzifə öhdəlikləri:

  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;
  • Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;
  • Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
  • Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;
  • İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
  • ƏDV depozit əməliyyatlarının aparılması;

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və Bazar günləri;
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Ünvan: Bakı
  • Nahar şirkət tərəfindən təmin edilir

Müraciət:

  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.
  • Email-in mövzu hissəsində “Mühasib”  qeyd etməyiniz xahiş olunur.