İşə Qəbul üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin işə qəbul ehtiyaclarını analiz etmək və vakansiyalar üzrə planlama aparmaq
  • İş elanlarının hazırlanması və uyğun platformalarda paylaşılması
  • Namizəd axtarışı, ilkin seçim və müsahibələrin keçirilməsi
  • Potensial namizədlərlə görüşlər və onların təcrübə və uyğunluğunu qiymətləndirilməsi
  • Yeni işçilərin adaptasiya və oriyentasiya prosesini izləmək və dəstək göstərmək
  • İşdən çıxış müsahibələrinin aparılması və  nəticə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
  • İşəqəbul və Ümumi insan resursları proseslərinin təkmilləşdirilməsi yönündə təkliflər hazırlamaq və tətbiq etmək
  • Filiallara vaxtaşırı səfərlər edərək müşahidə aparmaq və ehtiyacları müəyyənləşdirmək

 Namizəddən Tələblər:

  • Ali Təhsil
  • Minimum 1 il işə qəbul üzrə iş təcrübəsi ( F&B, pərakəndə və xidmət sahələrində üstünlükdür)
  • Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər
  • MS Office proqramları ( Word, Excel )  üzrə baza bilikləri 
  • İnkişafa yönümlü ,Komandada və dinamik iş mühitdə işləmə bacarığı 
  • Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı
  • Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı

İş Şərtləri:

  • İş qrafiki: Həftə içi 09:00 – 18:00 ( şənbə 09:00 – 13:00 ) 
  • Ünvan: Yaşayış yerinə uyğun filial ola bilər
  • Filiallar (Gənclik mall, Tarqovı, Elmlər, Əhmədli)
  • Əmək Haqqı: Namizədin təcrübəsi və bilik bacarığına uyğun  800 AZN – 1200 AZN ( Net)

Müraciət üçün:

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İşə qəbul üzrə Mütəxəssis” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.