Mühəndis-energetik (Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına)

İşin təsviri

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali texniki təhsil (elektrik mühəndisliyi, energetika və s.)
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Elektrik təhlükəsizliyi üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş ən azı IV və ya V ixtisas qrupu (sənəd təqdim olunmazsa, işə qəbul zamanı imtahanın verilməsi tələb oluna bilər)

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Komandada işləmə;
  • Məsuliyyətlilik
  • Nəticəyönümlülük;
  • İntizamlılıq

İşin təsviri:

  • Xəstəxananın elektrik, istilik, su və digər mühəndis‑kommunikasiya sistemlərinin istismarının və təhlükəsizliyinin təmin edilməsi;
  • Enerji istehlakının planlaşdırılması və səmərəliliyinin monitorinq edilməsi;
  • Enerji sistemləri üzrə texniki xidmət və təmir işlərinin təşkili, nəzarət edilməsi;
  • İşlərin sərəncam və naryad üzrə təhlükəsiz şəkildə təşkil olunması;
  • Avadanlıq və sistemlərin normativ sənədlərə uyğunluğunun yoxlanılması;
  • Enerji istehlakı barədə statistik məlumatların toplanması və hesabat hazırlanması;
  • Enerji qənaəti və səmərəliliyi üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
  • Xarici xidmət təşkilatları və podratçılarla işlərin koordinasiya edilməsi.

Müraciət qaydası:

  • CV-lər Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mingəçevir ŞMX – Mühəndis-energetik (enerji meneceri)” yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.