Satış koordinatoru

İşin təsviri

İş barədə məlumat:

  • Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması

İş şəraiti

  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü növbəli və  qısa iş günüdür)
  • Əmək haqqı: 800-1000 AZN (artan əmək haqqı + yüksək bonus)
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
  • İş təcrübəsi : Satış sahəsi üzrə minimum 2 il iş təcrübəsi (İT və zəif axın sistemləri haqqında biliklər,  quraşdırılma videomüşahidə kamera sistemləri, şəbəkə avadanlığı İP və HD TVİ kameralarının satışı sahəsində təcrübə üstünlükdür)
  • MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Rus dili (Əla), İngilis dili (arzu olunan)
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri.
  • Yaş: 24 – 35

Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Satış koordinatoru” qeyd etməklə göndərmələri xahiş olunur.