İnşaat mühəndisi

İşin təsviri

İş şəraiti

  • İş yeri: Bakı (şantiye əsaslı)
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00
  • İstirahət günü: Bazar günü

Vəzifə öhdəlikləri:

  • Tikinti işlərinin layihə və normativlərə uyğun icrasına nəzarət etmək
  • Sahə işlərinin gündəlik planlaşdırılması və koordinasiyası
  • Sütun, tir, döşəmə, beton və armatur işlərinə texniki nəzarət
  • Podratçı və subpodratçıların işlərinə nəzarət və hesabatların hazırlanması
  • Material həcmlərinin (beton, armatur, formwork və s.) hesablanması
  • Texniki sənədlərin, icra aktlarının və gündəlik hesabatların hazırlanması
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət

Namizədə tələblər:

  • İş təcrübəsi: İnşaat mühəndisliyi sahəsində minimum 10 il
  • Təhsil: Ali (İnşaat mühəndisliyi)
  • Yaş: Minimum 35 yaş
  • Çoxmərtəbəli yaşayış binalarında iş təcrübəsi
  • Beton, armatur və formwork sistemləri üzrə praktik biliklər
  • Layihə oxuma və texniki hesablama bacarığı
  • Normativ sənədlərlə (SNIP, AZ normativləri və s.) işləmə bacarığı
  • Komanda ilə işləmə bacarığı, məsuliyyətli və nizam-intizamlı olmaq

Proqram bilikləri:

  • AutoCAD
  • MS Excel, MS Word
  • MS Project və ya Primavera P6
  • ETABS, SAFE
  • Revit Structure / Revit
  • 1C və ya ERP sistemləri

İşə qəbul şərtləri:

  • Əmək haqqı: 2000 – 3500 AZN (təcrübə və bacarığa görə)
  • Rəsmi əmək müqaviləsi
  • Uzunmüddətli və stabil iş imkanı
  • Böyük və sistemli yaşayış layihəsində çalışma perspektivi
  • Peşəkar və təcrübəli komanda ilə əməkdaşlıq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oksigen Park MTK tərəfindən digər vakansiyalar