İşin təsviri
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük iş rejimi
- Əməkhaqqı: Müsahibə əsasında (rəqabətqabiliyyətli)
- Nahar və servis xidməti mövcuddur
Vəzifə öhdəlikləri:
- Maliyyə uçotunun düzgünlüyünə nəzarət etmək;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin dövri analizində iştirak etmək;
- İstehsal olunan məhsulların maya dəyərinin hazırlanması və təhlilində iştirak etmək;
- Büdcələrin uyğunluğunu və aylıq kənarlaşma təhlilini yoxlamaq;
- Pul vəsaitlərinin hərəkəti proqnozunu hazırlamaq və aylıq pul vəsaitlərinin hərəkəti balansına nəzarət etmək;
- Şirkətin illik büdcəsini hazırlamaq və ona nəzarət etmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş hesabatların hazırlanması, təhlil edilməsi və təqdim olunması.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə)
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
- 1C və MS Excel proqramlarında sərbəst işləmə bacarığı
- Analitik düşüncə və diqqətlilik
- Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma
CV-lərinizi “Maliyyə üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.