İnsan resursları üzrə aparıcı analitik/baş analitik

İşin təsviri

Vəzifə haqqında qısa təsvir:

  • Şirkətin İnsan Resursları sturukturu, prosedurlaşması, əməliyyatların avtomalaşdırılmasını təmin edir, İR hesabatlarını hazırlayır

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyat məlumatlar strukturu və axışını analiz etmək və qurmaq
  • Perfomans prosesinə nəzarət və lazımlı prosesləri icra etmək
  • Aylıq, Rüblük, İllik İR Hesabat və Dashboardlarını hazırlamaq
  • Cari prosedurlara nəzər yetirmək və incələmək
  • Şirkət məqsəd və hədəflərinə uyğun prosedurlara reviziyalar etmək
  • Prosesləri effektivliyi və sistemləşməsi üçün yeni prosedur, form və sənədlər hazırlamaq
  • Şirkətin əmək haqqı, dərəcələndirmə dəyişiklikləri və sistemlərini prosedurlara uyğun tənzimləmək
  • Avans hesabatlarının hazırlanması
  • İR proseslərinin optimallaşdırılması üçün cari əməliyyatları analiz edib, nöqsən və fürsətləri aşkarlamaq, həmçinin həll yolları hazırlayıb icra etmək.
  • İR proseslərinin avtomatlaşdırılması üçün proses təkliflərini hazırlamaq və icra etmək.
  • Şirkət daxilində Performansın ölçülməsi üçün sorğuları hazırlamaq, tətbiq etmək və analiz etmək.
  • Şirkətin İnsan Resursları siyasəti istiqamətində müxtəlif İdarəetmə inkişaf modelləri və sistemləri hazırlamaq
  • İşçi heyətindən əldə ediləcək məlumatlar üçün sorğular hazırlamaq
  • Şirkət mədəniyyətinin inkişafı üçün müxtəlif təkliflər irəli sürmək

Namizədə tələblər:

  • Ali təhsil: Biznesin idarəedilməsi, Kommersiya, İqtisadiyyat, Menecment və oxşar sahələr üzrə
  • Müvafiq vəzifədə 2-3 il iş təcrübəsinə üstünlük verilir
  • Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
  • MOSE, PL-300 sertifikatlarının olması üstünlükdür.

Texniki bacarıqlar:

  • Microsoft Excel üzrə əla səviyyədə biliklər
  • Power BI üzrə yaxşı səviyyədə biliklər
  • SQL üzrə orta səviyyədə biliklər
  • VBA üzrə yaxşı səviyyədə biliklər
  • Python bilikləri üstünlükdür
  • SAP üzrə biliklərin olması arzuolunandır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi