İşin təsviri
Əsas vəzifələr:
- Şirkətə yeni müştərilərin cəlb edilməsi və satış prosesinin aktiv aparılması;
- Qoyulmuş satış hədəflərinin icrası istiqamətində planlı iş aparılması;
- Potensial və mövcud müştərilərlə görüşlərin keçirilməsi;
- Satışla bağlı təşkil olunan daxili təlim və görüşlərdə iştirak;
- Görüşlər zamanı şirkətin korporativ qaydalarına və satış siyasətinə əməl edilməsi;
- Müştərilərdən daxil olan təklif və iradların aidiyyəti üzrə ötürülməsi;
- Ay sonu keçirilən görüşlər və satış nəticələri üzrə hesabatların hazırlanması;
- Satış prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər
- Ali təhsil və ya bakalavr dərəcəsi;
- Satış qabiliyyəti olan (bu sahədə 1 il təcrübəsi olan);
- Azərbaycan dili yüksək səviyyədə (rus və ingilis dilləri arzuolunandır);
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Yaş həddi: 20–30 yaş.
Əgər qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində “Satış təmsilçisi” qeyd edilməsi mütləqdir.
Nəzərinizə çatdırırıq ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.