Qrafik dizayner

  • Anqard
  • Elanın qoyulma tarixi: 22.12.2025

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin brend kimliyinə uyğun vizual materialların hazırlanması
  • Sosial media üçün dizaynların hazırlanması (post, story, banner və s.)
  • Çap materiallarının dizaynı (flayer, katalog, poster və s.)
  • Marketinq və reklam materiallarının dizayn edilməsi
  • Mövcud dizaynların yenilənməsi və təkmilləşdirilməsi
  • Komanda ilə sıx əməkdaşlıq edərək verilən tapşırıqların vaxtında icrası

Tələblər:

  • Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
  • Adobe Photoshop və Illustrator proqramlarında sərbəst işləmə bacarığı
  • Kreativ düşüncə və estetik zövq
  • Detallara diqqət və məsuliyyətlilik
  • Komandada işləmə bacarığı və operativlik
  • Canva biliyi üstünlükdür

Şirkət tərəfindən təklif olunur:

  • Şirkət tərəfindən nahar təmin olunur
  • Gündə 2 dəfə çay vaxtı
  • İş yeri şirkətin fabrikində yerləşən ofis şəraitindədir
  • Ofis Mehdiabadda yerləşir
  • Maaş: 700-900 Azn

Qeyd: Namizədlərdən xahiş olunur ki, gördükləri işlərdən referansları (portfolio/linklər) CV ilə birlikdə göndərsinlər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.