İşin təsviri
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışı və cəlb edilməsi
- Alıcı və satıcılarla aktiv işin aparılması
- Müştərilərə daşınmaz əmlak üzrə konsultasiyaların verilməsi
- Daşınmaz əmlak obyektlərinin təqdimatı və göstərişlərin (pоказов) təşkili
- Danışıqların aparılması və razılaşmaların əldə olunması
- Müştəri bazasının formalaşdırılması və idarə olunması
- Mövcud daşınmaz əmlak obyektləri bazası ilə iş
- Müqavilələrin bağlanması və əməliyyatların tam müşayiəti
- RE/MAX standartlarına uyğun fəaliyyətin həyata keçirilməsi
Namizədə tələblər:
- Yaş həddi: 20–60
- Cins: fərq etmir
- Təhsil: fərq etmir
- Təcrübə: təcrübəli və ya təcrübəsiz namizədlər qəbul olunur
- Ünsiyyət və satış bacarıqları
- Aktiv, məqsədyönlü və nəticə yönümlü olmaq
- İnkişaf etmək və yüksək gəlir əldə etmək istəyi
İş qrafiki və qeydlər:
- Sərbəst
- Əmək haqqı: Bağlanmış hər bir müqavilədən 50-80%
- Gəlir məhdudiyyətsizdir və namizədin aktivliyindən asılıdır
Şirkət tərəfindən təklif olunur:
- Dünyaca məşhur RE/MAX brendi altında çalışma imkanı
- Sıfırdan təlim və peşəkar hazırlıq
- Davamlı dəstək və mentorluq
- Rahat və müasir ofis mühiti
- Reklam və marketinq dəstəyi
- Karyera inkişafı və öz biznesini qurmaq imkanı
- Yerli daşınmaz əmlakçılığından, qlobal korporativ daşınmaz əmlak məsləhətçiliyinə!
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsində “Daşınmaz Əmlak Agenti” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.