İşin təsviri
Tələblər:
- Təhsil: Ali təhsil (Mühasibat uçotu, audit, maliyyə sahəsi üzrə)
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
- Əmlak sektorunda azı 1-3 il peşəkar təcrübə;
- Bazar bilikləri və analitik düşüncə;
- Vaxt idarəetmə bacarığı;
- Bakı və Sumqayıt ərazilərini tanımaq, həmin əraziləri sürətli araşdırmaq bacarığı;
- Şəxsi avtomobil
Vəzifə öhdəlikləri:
- Potensial daşınmaz əmlak obyektlərini müəyyənləşdirmək;
- Sahibkar tərəfindən yerinə yetirilməli olan təmir-tikinti məsələlərinə müvafiq dəstək göstərmək;
- Hər bir daşınmaz əmlak obyektini fiziki, hüquqi və maliyyə baxımından təhlil edərək qiymətləndirmək;
- Gündəlik iş fəaliyyəti barədə hesabatlılıq;
- Müəyyən edilən iş bölgüsünə və planlara uyğun fəaliyyət göstərmək;
- Daşınmaz əmlak bazarı və trendləri haqqında məlumatlı olmaq;
- Hüquqi tələbləri – kadastr, çıxarış, reyestr və sənədləşmə proseslərini anlamaq və məlumatlı olmaq;
- Güclü analitik düşüncə və qərar qəbul etmə bacarığına sahib olmaq;
- Ünsiyyət və danışıqlar aparmaq bacarığına sahib olmaq.
Təklif Edirik:
- Nahar təminatı
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
- Yanacaq xərcləri
Maraqlanan namizədlər mövzu hissəsinə “Daşınmaz əmlak agenti” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.