Kiçik mühasib

İşin təsviri

Karyera qurmaq və peşəkar komandaya qoşulmaq istəyənlər üçün əla imkan – Kiçik mühasib vakansiyası üzrə əməkdaş axtarırıq!
Tələb olunan bacarıqlar:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Ən azı 1 ilə yaxın ixtisasına görə təcrübə;
  • Ünsiyyətcil və komanda daxilində çalışmaq bacarığı;
  • Məsuliyyətli və işində diqqətli olmaq;
  • MS Office proqramları;
  • 1C sahəsində iş təcrübəsi;

Vəzifə və öhdəliklər:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Bank ödənişlərinin həyata keçirilməsi;
  • Digər gündəlik və aylıq kreditor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət;
  • Gündəlik əməliyyatlarının 1C proqramında işlənməsi;
  • Qaimə-fakturaların hazırlanması və yoxlanması;
  • Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması;
  • Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti;
  • Rəhbərlik tərəfindən verilən hesabatların hazırlanması.

İş şəraiti

  • Əmək haqqı: 800-1000 AZN.
  • Tibbi sığorta
  • İş qrafiki: 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00.
  • İş yeri: Badamdar qəsəbəsi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda (xanım namizədlər) CV- nizi“subject” (mövzu) hissəsində Kiçik mühasib qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.