Biznesin inkişafı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ölkə daxilindəki əməliyyatları, layihələri və biznes proseslərini izləmək və rəhbərliyə mütəmadi məlumat təqdim etmək
  • Verilən tapşırıqları tam formada icra etmək, nəticələndirmək və hesabat vermək
  • Kommersiya, bazar və biznes məlumatlarının müqayisəsini, təhlilini və mütəmadi hesabatların hazırlanmasını təmin etmək
  • Bazar araşdırmaları aparmaq, rəqib və qiymət təhlilləri hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək
  • Yeni biznes imkanları, investisiya layihələri və inkişaf istiqamətləri üzrə araşdırmalar apararaq rəhbərliyə təkliflər təqdim etmək
  • Şirkətin brend kimliyinin formalaşdırılması: veb-sayt, logo, korporativ e-mail və sosial media platformalarının yaradılması və idarə olunmasında iştirak
  • İngilis və rus dillərində yazılı və şifahi ünsiyyət qurmaq, tərcümə və yazışma proseslərində dəstək olmaq
  • Şirkətin imicinin formalaşması və tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi üçün tədbirlərdə iştirak etmək
  • Birbaşa rəhbərin verdiyi digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Namizədlərə tələblər:

  • Təhsil: Ali;
  • İş təcrübəsi: 1 ildən 3 ilə kimi

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09.00-dan 18.00-kimi

Əmək haqqı:

  • Başlanğıc aylıq məvacib 1200-1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Biznesin inkişafı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Diqqət:

  • Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
  • Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
  • Zəng üzərindən müraciətlər qəbul olunmur
  • Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil