İşin təsviri
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Müştəri tərəfindən telefon və e-mail vasitəsi ilə göndərilən müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Şirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti struktur və şəxslərə yönləndirmək;
- Müştərilərin zəng zamanı tələblərini, dəyişikliklərini və istəklərini dəqiqləşdirərək aidiyyəti üzrə yönləndirmək;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
Tələblər:
- İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
- Müştəri ilə ünsiyyət qurma bacarığı;
- Şifahi və yazılı formada fikirlərini ifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik və fəallıq;
- Kompüter proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dili – mükəmməl, rus dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə bilmək arzu olunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Nəzakətlilik və peşəkar davranış;
- Maliyyə sektorunda təcrübə üstünlükdür;
- Yüksək öyrənmə və qavrama qabiliyyəti.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Müştərilərlə İş Şöbəsinin Mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.