İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əməkdaşların gündəlik iş bölgüsünü təşkil etmək, tapşırıqları müəyyənləşdirmək və onların vaxtında, düzgün və tam icrasına nəzarət etmək.
- İşçilərin davamiyyətini yoxlamaq, sahələr üzrə iş prosesinin fasiləsiz icrasını təmin etmək.
- Təmizlik işlərinin əvvəlcədən təsdiqlənmiş plan və qrafiklərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək və icra prosesinə nəzarət etmək.
- Təmizlik işlərinin mövcud standartlara, normativlərə və tələblərə uyğun yerinə yetirilməsini yoxlamaq və keyfiyyətə nəzarəti təmin etmək.
- Əməkdaşların sanitariya-gigiyena qaydalarına və əməyin mühafizəsi tələblərinə uyğun fəaliyyət göstərmələrini təmin etmək, uyğunsuzluqlar aşkar edildikdə müvafiq tədbirlər görmək.
- Gündəlik və həftəlik təmizlik işlərinin icrası ilə bağlı hesabatlar hazırlmaq və Şöbə Rəhbərinə təqdim etmək.
- Kimyəvi maddələrin, inventarın və digər təmizlik materiallarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək, çatışmazlıq yarandıqda məhsul şəxsi məlumatlandırmaq.
- Sahədə yaranan operativ problemləri yerində həll etmək və görülən tədbirlər barədə rəhbərliyə operativ məlumat vermək.
- Gün ərzində təhkim olunmuş sahələri mütəmadi olaraq gəzərək görülən işləri yoxlamaq və xidmətin davamlı keyfiyyətini təmin etmək.
- İşçilərin forma, intizam, davranış və korporativ standartlara riayət etmələrinə nəzarət etmək.
- Yeni əməkdaşların işə adaptasiya prosesində iştirak etmək, sahədə ilkin təlimlər keçərək onların vəzifə öhdəliklərinə uyğun işləmələrini təmin etmək.
Namizədə dair tələblər:
- Təmizlik və ya xidmət sahəsində minimum 2–3 il supervayzer təcrübəsi
- MS Office bilikləri
- Komanda ilə işləmək və idarəetmə bacarığı
- Məsuliyyətli, operativ və nizam-intizamlı olmaq
- Stressə davamlılıq və problem həll etmə bacarığı
- Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür)
Təminatlar:
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: Razılaşma əsasında.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Təmizlik işləri üzrə Supervayzer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.