Application Specialist (Texniki Laborant / Laborant-Həkim)

İşin təsviri

İş şəraiti

  • İş yeri: Bakı (ezamiyyət imkanları ilə)
  • İş rejimi: Tam ştat | 5 gün
  • Maaş: Razılaşma yolu ilə
  • Əmək müqaviləsi: Var
  • İnkişaf imkanı: Karyera yüksəlişi və xaricdə təkmilləşdirmə proqramları
  • Şöbə: Tibbi Laboratoriya

Vəzifənin məqsədi

  • Application Specialist olaraq namizədimiz laboratoriya analizatorlarının tətbiqi, reagentlərin performansının qiymətləndirilməsi və texniki problemlərin operativ həlli sahəsində əsas texniki dəstək rolunu icra edəcək. Bu rol laboratoriya bilikləri ilə texniki düşüncənin kəsişməsində yerləşir.

Əsas vəzifə və öhdəliklər

Analizator və reagent tətbiqi

  • Biokimya analizatorlarının işləmə sistemlərini və prinsiplərini dərindən anlamaq
  • Reagentlərin analizatorlarda düzgün tətbiqini və parametrlərinin yoxlanmasını təmin etmək
  • Application sheet-lər, metod parametrləri və reagent–analizator uyğunluğunun izlənməsi
  • Demo və sınaq (trial) mərhələlərində reagent performansının qiymətləndirilməsi

Keyfiyyət və texniki nəzarət

  • Reagentlərin keyfiyyət göstəricilərinin (precision, accuracy, linearity və s.) analiz edilməsi
  • Kalibrasiya və QC proseslərinin düzgün qurulmasına nəzarət
  • Analizator sistemində reagentlə bağlı yaranan texniki problemləri tanımaq və həll etmək
  • Texniki uyğunsuzluqların səbəblərini analiz edərək korrektiv tədbirlər görmək

Texniki dəstək və kommunikasiya

  • Laboratoriya personalına texniki dəstək göstərmək
  • Texniki suallara cavab vermək və problemləri yerində və ya uzaqdan həll etmək
  • Satış və marketinq komandası ilə texniki tərəfdaşlıq
  • İstehsalçı və xarici partnyorlarla texniki yazışmaların aparılması 

Təlim və inkişaf

  • Yeni reagent və analizator texnologiyalarını öyrənmək
  • Texniki təlimlərdə və sertifikasiya proqramlarında iştirak
  • Daxili təlim materiallarının hazırlanmasına dəstək
  • Təlimlərin təşkili

Namizədə tələblər

  • Təcrübə: 2–5 il

Təhsil və peşəkar baza

  • Tibb, laboratoriya diaqnostikası, biokimya və ya əlaqəli sahədə ali təhsil
  • Laboratoriya mühitində praktik iş təcrübəsi (mütləqdir)
  • Biokimya testləri və laboratoriya workflow-u üzrə güclü baza

Təcrübə

  • 2–5 il laboratoriya, IVD, reagent və ya analizatorlarla iş təcrübəsi
  • Application Specialist, laborator texnik və ya oxşar texniki rolda təcrübə üstünlükdür

Texniki bacarıqlar

  • Biokimya analizatorlarının iş prinsiplərini anlamaq
  • Reagent performansını texniki baxımdan qiymətləndirmə bacarığı
  • Problem həll etmə və analitik düşüncə
  • Texniki sənədlərlə işləmə bacarığı (manual, application sheet, QC data)
  • Test/kit sərfiyyatının və reagent ehtiyacının proqnozlarının texniki əsaslarla yoxlanması və təsdiqlənməsi

Dil bilikləri

  • İngilis dili – mütləqdir (texniki yazışma və sənədlər üçün)
  • Rus və ya digər dillər üstünlükdür

Şəxsi keyfiyyətlər

  • Nizam-intizamlı və məsuliyyətli
  • Yaradıcı yanaşma, öyrənməyə açıq və texnologiyaya maraqlı
  • Səliqəli və detallara diqqətli
  • Komandada işləmə və kommunikasiya bacarığı
  • Ünsiyyətcil və təqdimat bacarığı olan
  • Ezamiyyət və sahə işlərinə açıq

Biz nə təklif edirik

  • Beynəlxalq IVD və analizator layihələrində iştirak
  • Peşəkar texniki inkişaf və təlim imkanları
  • Stabil və inkişaf yönümlü iş mühiti
  • Karyera yüksəlişi üçün real perspektiv
  • Rəqabətədavamlı əmək haqqı (təcrübəyə görə)

Uyğun namizədlərdən xahiş olunur CV-lərini mövzu hissəsində “Application Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Viva Medical Group MMC tərəfindən digər vakansiyalar