Satış üzrə Təcrübə Proqramı

İşin təsviri

Facemark komandası satış sahəsində inkişaf etmək istəyən gənclər üçün Satış üzrə Təcrübə Proqramı elan edir. Təcrübə proqramı çərçivəsində namizədlər real iş mühitində satış proseslərini öyrənəcək və praktiki bacarıqlar əldə edəcəklər.

Əsas vəzifələr

  • Biznes forumları, konfranslar və digər tədbirlərin bilet satışı ilə bağlı daxil olan zənglərin cavablandırılmasında iştirak
  • Müştərilərə tədbirlər, proqram və bilet seçimləri barədə ətraflı məlumatın verilməsi
  • Bilet sifarişlərinin sistemə düzgün şəkildə daxil edilməsinə dəstək
  • Call center və satış proseslərinin praktiki şəkildə öyrənilməsi
  • Real müştərilərlə işləyərək satış bacarıqlarının inkişaf etdirilməsi

Namizəddən gözləntilər

  • Azərbaycan dilində səlis şifahi ünsiyyət bacarığı
  • Öyrənməyə açıq, məsuliyyətli və təşəbbüskar olmaq
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
  • MS Ofiice proqramlarında işləmək bacarığı

Biz nə təklif edirik

  • Satış üzrə bonus 
  • Satış sahəsində təlim və mentor dəstəyi
  • Təcrübə müddətində müxtəlif sahələrdə keçirilən tədbirlərdə iştirak imkanı və networking fürsəti
  • Təcrübə proqramını uğurla tamamlayan namizədlər üçün işə qəbul imkanı
  • İşə qəbuldan sonra əməkhaqqı + satış bonusları
  • Peşəkar, dinamik və dəstəkləyici komanda mühiti

Müraciət etmək istəyən şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.