İş barədə məlumat
Bu vəzifə yalnız layihə çəkən memar üçün nəzərdə tutulmamışdır Namizəd layihənin texniki düzgünlüyünə smetasına qiymətinə və satış nəticəsinə birbaşa cavabdeh olacaq Memar texniki qərarların sahibi və satış prosesinin aktiv iştirakçısıdır
Bu vəzifədə bütün tapşırıqlar yazılı şəkildə aparılır Şifahi deyilən hər mövzu yazılı təsdiqlənməlidir Gündəlik hesabatlarda görülən işlər görüşlər risklər və növbəti günün planı əks olunmalıdır
Sabit aylıq maaş
Bonus reallaşmış satışlardan komissiya
Real aylıq gəlir potensialı yüksək
Namizədlər CV-lərini mövzu hissəsində “Satış yönümlü Memar” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Öhdəliklər
Müştərilərlə texniki-kommersiya görüşlərində iştirak
Layihə üçün optimal sistemlərin seçilməsi və əsaslandırılması
AutoCAD Revit vasitəsilə layihələndirmə
SketchUp və 3ds Max ilə 3D vizuallaşdırma
Orgadata (Logikal) proqramında pəncərə-qapı sistemlərinin hazırlanması
Layihənin tam smetasının və maya dəyərinin hesablanması
Texniki-kommersiya təkliflərinin hazırlanması
Tikinti şirkətləri və podratçılarla daimi əlaqə kanallarının qurulması
Tenderlər üçün texniki sənədlərin hazırlanması
MS Excel Word PowerPoint ilə hesabat və təqdimatlar
Hər iş günü yazılı direktor raportunun təqdim edilməsi.
Tələblər
Memarlıq və ya mühəndislik üzrə ali təhsil
Minimum 5 il sahə üzrə iş təcrübəsi
AutoCAD proqramını yüksək səviyyədə bilmək
Revit ilə layihələndirmə bacarığı
SketchUp və ya 3ds Max bilikləri
Orgadata (Logikal) proqramı ilə işləmə bacarığı
MS Office (Excel Word PowerPoint) proqramlarında yüksək səviyyə
Smeta və qiymət hesablama təcrübəsi
Satış yönümlü düşüncə tərzi
Dürüstlük və etibarlılıq
Yüksək məsuliyyət hissi
Kollektiv və müştəri ilə etik davranış
Motivasiya və nəticəyönümlülük
Problemlərə həll yönümlü yanaşma.