İşin təsviri
Ünvan: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km
Əsas vəzifə və öhdəliklər:
- Təsərrüfat, xammal, ehtiyat hissələri və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi;
- Anbara daxil olan xammal, mal-material, ehtiyat hissələri və hazır məhsulun qeydiyyatının aparılmasına nəzarət;
- Anbardan xammalın, mal-materialın ehtiyat hissələrinin və hazır məhsulun çıxışının müvafiq sənədləşmə əsasında aparılmasına nəzarət;
- Anbar qalığının qeydiyyatının aparılması və sifarişlərin verilməsi;
- Malı müşayiət edən sənədlərin toplanması, kompüterdə qeydiyyatın aparılması və saxlanmasına nəzarət;
- Anbar dövriyyəsinin təsdiq edilmiş sənədlər əsasında olmasının təmin edilməsi;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasının təşkili və nəzarət edilməsi;
- Xammalın, mal-materialın, ehtiyat hissələrinin və hazır məhsulun növü, ölçüsü, markası və digər keyfiyyət xarakteristikaları üzrə yerləşdirilməsinə nəzarət;
- Xammalın, mal-materialın, ehtiyat hissələrinin və hazır məhsulun qorunması, saxlanma rejiminə əməl edilməsinə nəzarət;
- Mədaxil və məxaric sənədlərinin doğru-düzgün tərtib edilməsinə nəzarət;
- Əsas vəsaitlərin, o cümlədən anbarda olan xammalın, mal-materialların, ehtiyat hissələrinin və hazır məhsulun inventarizasiyasının aparılmasında iştirak;
- Anbar ərazisinin təmizliyinə və rasional istifadə edilməsinə nəzarət;
- Yükləyici texnikanın və yük daşıyan nəqliyyat vasitəsinin normal işləməsinə nəzarət;
Tələblər:
- Ali təhsil;
- Anbar idarəetməsi sahəsində minimum 3 illik iş təcrübəsi;
- MS Office, 1C və müəssisədaxili proqramlar;
- İdarəetmə bacarığı;
- Yüksək işgüzarlıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq qabiliyyəti;
- Diqqətli və məsuliyyətli;
- Operativlik;
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 1800-2000 azn;
- Uzaq regiondan olan işçi üçün qonaqlama və 3 dəfə nahar qarşılanır.
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Anbar şöbəsinin müdiri” başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.