İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkət rəhbərliyinin və əməkdaşlarının təyin olunmuş marşrutlar üzrə təhlükəsiz daşınması;
- Avtomobilin texniki vəziyyətinə və təmizliyinə nəzarət etmək;
- Ofis daxili və ofisdən kənar tapşırıqların (sənədlərin, kiçik yüklərin və s.) vaxtında icrası;
- Yol hərəkəti qaydalarına ciddi əməl etmək;
- Rəhbərliyin tapşırıqları vaxtında və düzgün icra etmək;
- Məxfilik və etik davranış qaydalarına riayət etmək.
Tələblər:
- Müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi (B,C);
- Minimum 3-5 il sürücülük təcrübəsi;
- Şəhəri yaxşı tanımaq;
- Bölgələrə ezamlara hazır olmaq;
- Zərərli vərdişlərin olmaması;
- Punktual, məsuliyyətli və səliqəli olmaq;
- Stressə davamlılıq və operativlik.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Stabil rəqabətli əmək haqqı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küç. 45, (Fizuli Residence);
- İş qrafiki: 5 gün (09:00 – 18:00);
- Rəqabətli əmək haqqı.
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu yerində “Sürücü” qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.