Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Baş Hüquqşunas
Təcrübə müddəti: Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Dil bilikləri Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
VƏZİFƏ FUNKSİYALARI:
Azərbaycan Respublikasının qanunlarını, mülki, mülkü prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli
Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək, hüquqi işlərə metodiki rəhbərlik etmək, struktur bölmələrə hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək
Hazırlanan hüquqi sənədlərin layihələrini təsdiqləmək
Qanunvericiliyin tələblərinə əsasən şirkətdə hüquqi prosedurların həyata keçirilməsini təşkil etmək
Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində tələb olunan maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görülməsini təmin etmək
Hüquqi prosesləri izləmək və bu proseslər barədə şirkət daxilində əlaqədar şəxslərə və ya instansiyalara məlumat vermək
Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə müəyyən edilmiş qaydada hesabat tərtib edib Direktora təqdim etmək
Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində təkliflər təqdim etmək, qəbul edilən qərarların icrasını təmin etmək
İş yeri: Bakı şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Baş Hüquqşunas" qeyd edilməsi xahiş olunur.