Satış meneceri

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 02.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SATIŞ MENECERİ (BEYNƏLXALQ STANDARTLARA CAVAB VERƏN)

ATL Tech şirkəti 2013-cü ildən infromasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət kimi təsis edilmişdir. Şirkətimiz rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmışdır. Əməkdaşlarımız müxtəlif sahələr üzrə maliyyə institutları, bank, sığorta və həmçinin dövlət idarələri üçün çoxsaylı, böyük həcmli, kritik informasiya sistemlərinin hazırlanması və rəqəmsal çevrilmə layihələrini idarə edilməsində aparıcı rollar almışdır. Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.

Hal-hazırda Beynəlxalq standartlara cavab verən, bank və maliyyə təşkilatları üzrə ixtisaslaşan “Satış Meneceri” vakansiyası üzrə komanda üzvü axtarışındayıq.

Vəzifə Öhdəlikləri:

 Proqram Təminatlarının və xidmətlərin satışını təmin etmək;
 Bank və maliyyə təşkilatlarının əməliyyatlarını analiz etmək;
 Şirkətin satış standartlarını qorumaq və riayət etmək;
 Şirkəti yüksək səviyyədə təmsil etmə bacarığı
 Marketinq strategiyasını, trendləri və nəticələri analiz edərək, illik və ümumi mənfəət planlarını müəyyənləşdirmək;
 Satış proqramının güclü və zəif tərəflərini müəyyənləşdirmək, lazımı səviyyədə hazırlamaq;
 Satışı həyata keçirə biləcək digər texniki heyət ilə əməkdaşlıq etmək;
 Müştərilər ilə mütəmadi görüşlər keçirərək, ehiyaclarını öyrənmək, şirkətimizin onlar ilə daim sıx əlaqədə olmasını təmin etmək;
 Əsas satış demoqrafiyasını inkişaf etdirmək üçün yeni satış təşəbbüslərini hazırlamaq və həyata keçirmək ;
 Rəhbərinə satış ilə əlaqədar gündəlik hesabatların təqdim edilməsi;
 Mövcud olan və potensial kanallara satışları həyata keçirmək, sifarişin tamamlanması prossesində iştirak etmək, satış prossesinə dəyər qatmaq; ;
 Davamlı olaraq bazarı və rəqib təklifləri araşdırmaq;
 Satış planını inkişaf və idarə etmək;
 Davamlı olaraq mövcud olan biznes kanallarına əlaqəni qoruyub saxlamalı, strateji plana uyğun olan konfliktləri effektiv şəkildə aradan qaldırmalı;
 Həmkarlar ilə bağlı məlumat bazasının hazırlanması, hesabların, fəaliyyətlərin, müştərilər ilə bağlı sənədləşmənin hazırlanmasına nəzarət;
 Tələb olunduqda hesabatların hazırlanması;

Tələblər;

 Bank və maliyyə təşkilatlarının əməliyyatları haqqında dərin biliklər;
 Əvvəlki B2B təcrübə (CEO, Maliyyə Direktorları, İcraçı Direktorlar və Biznes Sahibləri ilə)
 Biznes və ya əlaqədar sahə üzrə ali təhsil;
 Satış strategiyalarının hazırlanması və tətbiqini həyata keçirmək;
 Müştəri münasibətləri üzrə təcrübə;
 Mükəmməl yazı, özünü təqdimetmə və şifahi ünsiyyət bacarıqları;
 Müştəri yönümlü xidmət göstərmək bacarıqları;
 Mükəmməl Rus və İngilis dili bilikləri;
 Maliyyə xidmətləri satışı sahəsi üzrə 2 il iş təcrübəsi;
 Yüksək şəxsi keyfiyyətlər( dürüstlük, doğruluq və s.)
 Analitik düşünmə qabiliyyəti;
 Beynəlxalq standartalara müvafiq olaraq satış təcrübəsi

Nə təklif edirik;

 Bilik və bacarıqlarınıza müvafiq olaraq əmək haqqı;
 Xarici və daxili təlimlərdə iştirak haqqı;

Maraqlanan namizədlərdən özləri haqqında qısa məlumatı (Resume/Cv) əmək haqqı gözlətiləri ilə birgə, “Satış Meneceri” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.