“Kaspi” Təhsil Şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Müəssisə üzrə daxil olan və çıxan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək, onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
• Xərc smetalarının icrasını, görülən iş və xidmətlərin uçotunu aparmaq;
• Müəssisənin göstərdiyi məhsul və xidmətlərin maya dəyərinin hesablanması üzrə tövsiyələr vermək və məlumatla təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosesə nəzarət etmək;
• Mövcud qanunvericiliyə uyğun olaraq Müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Müəssisənin əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;
• Müəssisənin aylıq və illik maliyyə hesabatlarının hazırlanması üzrə tövsiyələr vermək və lazımi dəstək göstərmək;
• Müəssisənin ödənişlərinin vaxtında yığılması və ya ödənilməsini təşkil etmək, gecikdirilən ödənişlərlə bağlı müvafiq tədbirlər görmək;
• Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.
Vakansiya tələbləri:
• Müvafiq sahə üzrə ali təhsil;
• Sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
• MS Office proqramlarından yüksək istifadə bacarığı;
• 1C proqramından istifadə bacarığı.
Əlavə məlumatlar:
• İş qrafiki: I-V günlər 09:00-18:00
• İş yeri: Bakı ş., “Kaspi” Müəssisəsi
• Elan tarixi: 08.12.2020
• Son müraciət tarixi: 10.01.2021
Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. ( https://www.kaspi.edu.az/career/ )
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.