Problemli ödənişlər üzrə operator

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gecikmədə olan müştərilərlə telefon vasitəsi ilə ünsiyyətin yaradılması;
  • Problemli ödənişlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Problemlərin statusu barədə müvafiq struktur bölmələrinə məlumatın təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Müştərilərlə ünsiyyət qurma bacarığı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş səs tonu;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Stresə davamlılıq;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: həftədə 5 iş günü, 2 gün istirahət;
  • İş saatı: 10:00-19:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar