Satınalma mühəndisi (Avadanlıqlar üzrə mexanika mühəndisi)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin ehtiyaclarına uyğun mexaniki avadanlıqların texniki tələblərinin hazırlanması;
  • Alınacaq avadanlıqların texniki spesifikasiyalarının yoxlanılması və qiymətləndirilməsi;
  • Təchizatçılardan daxil olan texniki təkliflərin (datasheet, kataloq, texniki pasport və s.) təhlili;
  • Avadanlıqların texniki uyğunluğuna dair satınalma şöbəsinə rəy və tövsiyələrin verilməsi;
  • Xarici bazar araşdırması;
  • Xarici istehsalçı və təchizatçıların texniki imkanlarının, məhsul çeşidlərinin və alternativ həllərin araşdırılması;
  • Alternativ avadanlıq və texniki həllərin araşdırılması və müqayisəli analizinin aparılması;
  • Satınalma prosesində texniki risklərin müəyyən edilməsi və qarşısının alınması;
  • Alınan avadanlıqların qəbul prosesində texniki yoxlamalarda iştirak;
  • Texniki sənədlərin (çertyojlar, texniki təsvirlər, istifadə təlimatları) hazırlanması və sistemləşdirilməsi;
  • Texniki suallarla bağlı təchizatçılar və daxili struktur bölmələri ilə koordinasiya;
  • Avadanlıqların istismar və texniki xidmət tələblərinin ilkin qiymətləndirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Avtomatika və ya digər əlaqəli sahələr üzrə)
  • Texniki satınalma və ya mexanika üzrə 3 il iş təcrübəsi;
  • Avadanlıq seçimi, texniki qiymətləndirmə və ya istehsalat müəssisələrində təcrübə (üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, müqayisəli analiz və qərarvermə bacarığı;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmə bacarığı;
  • Azərbaycan və ingilis dilləri əla səviyyədə, rus dili üstünlükdür

İş şəraiti:

  • 5 günlük iş qrafiki, 08:00-17:00 iş saatları;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma mühəndisi (Avadanlıqlar üzrə mexanika mühəndisi)” yazaraq göndərə bilərlər.

VLand Systems MMC tərəfindən digər vakansiyalar