İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. müəssisə daxili prosedur qaydalarına əsasən düzgün qəbulunun, saxlanılmasının və anbarlardan buraxılmasının təmini və nəzarətin həyata keçirilməsi;
- Elektron (müəssisədə daxili istifadə edilən proqram təminatı üzrə) və fiziki olaraq kağız daşıyıcı üzərindən rəşmiləşdirilmə qaydalarına və mədaxil-saxlama-məxaric sənədlərinin icrasının təmini və düzgün qaydada riayət edilməsinin nəzarətinin həyata keçirilməsi;
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğun olmasına və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət edilməsi;
- Anbarlara minimal qalıq miqdarlarının müəyyən edilməsi (yenidən sifariş nöqtəsi), minimal anbar qalıqları əsasında anbar qalıqlarının daimi təmini və nəzarətdə saxlanılması;
- Anbarlarda SƏTƏM üzrə tələblərin riayət edilməsinin təmini və nəzarətdə saxlanılması, yanğın təhlükəsizliyi üzrə ləvazimatların və yanğından mühafizə sisteminin olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;
- Anbarda yükləmə-boşaltma və yerləşdirmə işlərinin aparılmasının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;
- Aylıq sayımların aparılmasının və aktlaşdırılmasının təmini və nəzarətin həyata keçirilməsi;
- Əmtəə-maddi sərvətlərin müəssisə daxili müvafiq əmrə(lərə) əsasən inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktların düzgün tərtib edilməsinə nəzarət edilməsi;
- Bölmə (sahə) işçilərinə rəhbərlik edilməsi, işçilərin səriştəliyinin artırılması ilə bağlı daimi təhlillərin aparılması və inkişaf istiqamətli işlərin təşkil edilməsi;
- Anbar əməliyyatlarının düzgün və effektiv idarəedilməsini təmin etmək məqsədi ilə müvafiq prosedur və qaydaların hazırlanmasının təmin edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq Şirkət rəhbərinə hesabatlar və səmərələşdirici təkliflərin hazırlanıb təqdim edilməsi.
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);
- ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;
- Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;
- Effektiv qərarvermə bacarığı;
- Komandada işləmə və idarəetmə bacarığı;
- Diqqətli, məsuliyyətli və operativ olmalı;
- Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;
- Yalnız və komanda ilə effektiv işləmə, ünsiyyət və planlama bacarıqları.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Könüllü tibbi sığorta təminatı;
- Korporativ nömrə;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblərə uyğun namizədlər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Anbar meneceri” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.