İşin təsviri
Vəzifə öhdəlikləri:
- Xarici təchizatçılardan məhsulların idxal prosesini tam şəkildə idarə etmək və mağaza şəbəkəsinin tələbatına uyğun olaraq sifariş planlamasını həyata keçirmək.
- Gömrük brokeri və logistika tərəfdaşları ilə koordinasiya edərək məhsulların vaxtında və problemsiz şəkildə ölkəyə gətirilməsini təmin etmək.
- Xarici təchizatçılarla qiymət, çatdırılma müddəti və öhdəliklər üzrə danışıqlar aparmaq.
- İdxal sənədlərini (Invoice, Packing List, CMR/BL, sertifikatlar) düzgünlüyünə görə yoxlamaq və prosesi nəzarətdə saxlamaq.
- Anbar stoklarını gündəlik monitorinq etmək, satış sürətinə uyğun stok optimizasiyasını həyata keçirmək və kritik SKU-ları vaxtında yeniləmək.
- Məhsulların son istifadə tarixlərini izləmək, riski olan SKU-lar üzrə satış və kateqoriya komandaları ilə birlikdə endirim kampaniyaları və sürətli satış tədbirlərini planlaşdırmaq.
- Mağazalarda çeşid mövcudluğunu (availability) təmin etmək üçün stok idarəetmə və satış departamentləri ilə sıx əməkdaşlıq etmək.
- İdxal olunan bütün məhsulların keyfiyyət, sertifikat tələblərinə uyğunluğunu təmin etmək.
- Logistika gecikmələri, sənəd uyğunsuzluğu və çatışmazlıqlar kimi əməliyyat problemlərini operativ şəkildə həll etmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali
- Təcrübə: Satınalma yaxud uyğun sahələr üzrə 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı - mütləq ), İngilis dili (orta səviyyədə)
- Kompüter bilikləri: MS Office (Excel –orta səviyyədə)
- FMCG və ya retail sahəsində təcrübə üstünlükdür.
- Tədarükçülərlə yazışma aparmaq və danışıqlar aparmaq bacarığı.
- Detallara diqqətlilik, analitik düşüncə və hesabat vermə bacarığı.
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal üzrə Mütəxəssis " yazaraq [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.