Elektrik - Avtomatik (Elektrik və Avtomatika, qazanxana mütəxəssisi)

İşin təsviri

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossesi 47-ci km.
  • Əmək haqqı təcrübəyə əsasən (1200-1400 AZN)
  • Nahar, korporativ nömrə və nəqliyyat şirkət tərəfindən təmin olunur.
  • İş rejimi – növbəli
  • Elektrik avadanlıqlarının təhlükəsiz istismarı, cari və əsaslı təmir işlərinin icrası, həftəlik, gündəlik və aylıq baxım planlarının icrası;
  • Nəzarət ölçü vasitələrinin saz vəziyyətdə saxlanılması;
  • Avtomatik idarəetmə sistemlərinin qüsursuz işləyişinin təmin olunması, cari və əsaslı təmir işlərinin icra olunması;
  • Xidmət göstərdiyi elektrik qurğuların və elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasının təmin edilməsi;
  • Zavodun elektrik şəbəkəsinin düzgün istismarının təmin olunması;
  • Qüvvədə olan texniki şərtlərə və normalara uyğun şəkildə keyfiyyətli təmirinin təşkil olunması 
  • Mürəkkəb elektron sxemli avtomatika  bloklarının yoxlanılmasını və tənzimlənməsi işlərinin icra olunması.
  • Ölçmə və tənzimləmə,  siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidməti işlərinin yerinə yetirilməsi.
  • Avtomatika və elektronika sistemi ilә bağlı olan  nasazlıqların aradan qaldırılması görülən işlərlə bağlı sənədləşmə işlərinin aparılmasını təmin edir.
  • Avtomatika ilә bağlı baş vermiş xәtaları tәsbit edir, xәtalarının sәbәblәrini araşdırır, tәdbirlәr hәyata keçirir.
  • Komputerləşdirilmiş texniki istismar sisteminə nəzarət edilməsi işini icra edir.
  • Gündəlik göstərişləri, tapşırıqları, növbə rəisinin raportu jurnalında göstərilmiş nöqsanları aradan qaldırılmasını təmin edir.
  • Qazanxana və su təmizləmə sisteminin təhlükəsiz istismarının təmin olunması və gündəlik nəzarətdə saxlanılmasını təmin edir.
  • İş prosesində əməyin mühafizəsi və təhlükəszizlik texnikası qaydalarının tələblərinə əməl edir.
  • İş yerlərinin təmiz saxlanılması ,alət və avadanlıqlardan  düzgün istifadə olunmasına riayət etmək.

Tələblər:

  • Təhsil: Ali bakalavr (texniki sahə üzrə);
  • 25-50 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Aidiyyatı sahədə 3 ildən artıq iş təcrübəsi
  • Kompyuter bilikləri
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Analitik düşünmə qabiliyyəti;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində Elektrik - Avtomatik  qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.