Qeydiyyatçı

  • Myshops
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ziyarətçiləri müvafiq şöbə və ya departament üzrə istiqamətləndirmək və təlimat vermək.
  • Şirkətə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və lazımı departamentlərə təhvil verilməsi. 
  • Şirkət tərəfindən göndərilən sənədlərin qeydiyyatı, zərflərə yerləşdirilməsi və lazımi tərəflərə çatdırılmasını təmin etmək;
  • Gələn zəngləri qəbul etmək, onları təyinatı üzrə istiqamətləndirmək və lazımi şöbəyə yönəltmək;
  • Gələn şəxslərin qeydiyyatını aparmaq və lazımi şöbələrə yönəltmək.
  • Ofisə gələn qonaqları qarşılamaq, gələnlərin qeydiyyatını aparmaq;
  • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
  • Rəhbərliyin tapşırıqlarına vaxtında və dəqiq əməl etmək.

Tələblər:

  • Təhsil: Ali təhsil – ixtisas fərqi yoxdur
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – arzu olunandır
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel yaxşı
  • Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi

İş şəraiti:

  • İş yeri: AF Business
  • İş günləri: 5 günlük iş rejimi (09:00 - 18:00)
  • Əmək haqqı: 500 AZN.

Müraciət etmək istəyən namizədlər CV-lərini “Qeydiyyatçı” başlığı ilə göndərə bilərlər.