Biznes məsələləri üzrə menecer

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 03.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış strategiyasının həyata keçirilməsinə nəzarət edilməsi;
  • Satış komandasının hədəflərə doğru yönəldilməsi və onların işinin nəzarətdə saxlanılması;
  • Reklam və marketinq işlərinə nəzarət edilməsi;
  • Kommersiya şöbəsinin strateji planının hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər struktur bölmələri ilə qarşılıqlı işin təşkil edilməsi;
  • Büdcənin düzgün xərclənməsinə nəzarət edilməsi;
  • Şirkətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Tələblər:

  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kommersiya fəaliyyətinin təşkil və idarə edilməsi üzrə biliklər;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Yüksək səviyyədə idarəçilik bacarığı;
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Uzun müddət Gürcüstanda yaşamaq imkanı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • İş yeri: Gürcüstan ofisi.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar