İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 11.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə başlayacaq olan işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması;
  • Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi;
  • Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
  • Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
  • İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
  • Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
    Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
  • Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.

Tələblər:

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Səlis Azərbaycan və Rus dili bilikləri;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Kadr kargüzarlığının aparılmasına dair biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsindəki linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar