İşin təsviri
İş barədə məlumat:
- Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
- Mövcud müştərilərlə münasibətlərin saxlanması;
- Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
- Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
- Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
- Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
- Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
- Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.
Vəzifəyə dair tələblər:
- Təcrübə: M üvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi (vergi və maliyyə xidmətlərinin korporativ satışı, həmçinin bank və sığorta sektorunda analoji təcrübə üstünlükdür);
- Təhsil: İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil.
Texniki səriştələr:
- Korporativ satışla bağlı bazar araşdırması aparmaq bacarığı;
- Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq (rus və ingilis dillərini bilməsi üstünlükdür);
- Təqdimetmə və inandırma bacarığı.
Davranış səriştələri:
- Səbrli və səmimi xarakterə sahib olmaq;
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
- Prioritetlərin müəyyənləşdirilməsi və vaxtın effektiv idarə olunması bacarığı;
- Aktiv dinləmə, güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə işləmək bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ;
- Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
- Korporativ nömrə və danışıq paketi.
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyinin təşkili
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər:
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.