Elektrik üzrə Texniki Servis Mütəxəssisi

İşin təsviri

İş barədə məlumat

  • İnzibati bina daxilində 0.4 kV elektrik şəbəkəsinin, paylayıcı xətlərin və bütün daxili elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
  • Elektrik xəttlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, təmiri və istismarı;
  • Hazır şəkildə quraşdırılmış elektrik sistemlərinə mütəmadi nəzarət və texniki monitorinqin aparılması;
  • Şəbəkə və avadanlıqlarda yaranan elektrik nasazlıqlarının operativ diaqnostikası və aradan qaldırılması;
  • Elektrik panellərinin (ATS, paylayıcı panellər, qrup panelləri və s.) texniki xidmətinin həyata keçirilməsi;
  • İnzibati obyekt daxilində profilaktik baxışların aparılması və risklərin vaxtında aşkar edilməsi;
  • Elektrik panellərinin yığılması, kabelçəkmə, markalanma və montaj işlərinin icrası;
  • Generator, UPS, stabilizator, işıqlandırma xətləri və digər köməkçi elektrik sistemlərinin yoxlanılması;
  • Texniki sənədləşmənin aparılması, görülən işlərlə bağlı hesabatların hazırlanması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək.

Namizədə tələblər

  • Elektrik sahəsində minimum 2 il iş təcrübəsi (obyekt, inzibati bina və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
  • Elektrik sxemlərini və prinsipial planları oxumaq və başa düşmək bacarığı;
  • Elektrik avadanlıqları, paylayıcı panellər və qoruyucu avtomatlarla işləməkdə praktiki təcrübə;
  • Ölçü cihazları (multimetr, kleş, izolasiya ölçən cihaz və s.) və elektrik alətləri ilə sərbəst işləmə bacarığı;
  • Elektrik panellərinin yoxlanılması və nasazlıqların dəqiq müəyyənləşdirilməsi bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
  • Sənədlərlə işləmə, texniki qeydlərin aparılması bacarığı.

İş şəraiti:

  • Növbəli iş rejimi, gündəlik 12 saatlıq iş;
  • Əmək haqqı: müsahibə əsasənda müəyyən ediləcək;

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Elektrik üzrə Texniki Servis Mütəxəssisi” yazaraq göndərə bilər.