Maliyyə üzrə menecer

İşin təsviri

Bankın illik və üçillik büdcəsinin hazırlanması

  • Maliyyə modeli hazırlanmasında, gəlir və xərclərin planlaşdırılmasında iştirak;
  • Büdcənin əsas fərziyyələrinin bankın struktur bölmələri ilə razılaşdırılması;
  • Büdcənin icrasının nəzarəti, sapmaların analizi və düzəldici tədbirlər üzrə tövsiyələrin hazırlanması.

Maliyyə göstəricilərinin analizi

  • Məhsul və biznes istiqamətlərinin gəlirliliyinin analizi;
  • Artım faktorlarının müəyyənləşdirilməsi, optimallaşdırma və səmərəliliyin artırılması sahələrinin aşkar edilməsi;
  • Gəlir, xərclər və KPI-lər üzrə məlumatların toplanması, sistemləşdirilməsi və analizi;
  • İdarəetmə qərarları üçün analitik nəticələrin və təkliflərin hazırlanması.

Bankın struktur bölmələri ilə əməkdaşlıq

  • Məlumatların toplanması və xərclərin planlaşdırılmasında marketinq, satış, əməliyyatlar və IT şöbələri ilə əməkdaşlıq;
  • Daxil edilən məlumatların düzgünlüyünü və gəlir-xərc planlarının uyğunluğunu təmin etmək;
  • Biznes bölmələr səviyyəsində maliyyə nəzarət proseslərinin dəstəklənməsi.

Hesabatların və təqdimatların hazırlanması

  • Məsləhətləşmələr, strateji sessiyalar və idarə heyəti üçün təqdimatların hazırlanması.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya idarəetmə sahəsində ali təhsil;
  • Maliyyə analizi, büdcələşdirmə və ya hesabatlıq sahəsində iş təcrübəsi (bank sektorunda təcrübə arzuolunandır);
  • Excel və BI alətləri üzrə yüksək səviyyəli biliklər, maliyyə sistemlərində iş təcrübəsi;
  • Böyük həcmli məlumatlarla işləmək və məzmunlu nəticələr çıxarmaq bacarığı;
  • Diqqətlilik, məsuliyyət və nəticəyə yönəlmə;
  • Yaxşı ünsiyyət bacarıqları, müxtəlif struktur bölmələrdən həmkarlarla əməkdaşlıq qabiliyyəti;
  • Top-menecment üçün hesabat və təqdimatlar hazırlamaq bacarığı.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi