İşin təsviri
Vakansiyaya dair tələblər:
- Cəmiyyətin ərazisinə daxil olan qonaqların, kənar şəxslərin və bütün növ texnikanın müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını, yoxlanılmasını həyata keçirtmək və əraziyə buraxılmasına, ərazilərdə davranışına və tərk etməsinə nəzarət etmək;
- Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə xidmətin düzgün və dəqiq təşkil olunmasını yoxlamaq;
- Şöbənin fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
- Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətini, eləcə də fiziki şəxslərin həyat və sağlamlığını hüquqa zidd qəsdlərdən qorumaq;
- Struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə iştirak etmək;
- Cəmiyyətin ərazisinə daxil olan nəqliyyat vasitələrinin blankda daxil olma və getmə vaxtını, yükün növünü, sahə daxilindəki hərəkət növünü müşahidə edərək qeyd edilmələrini təmin etmək;
- Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə gündəlik patrul olunması, ərazinin mütəmadi olaraq yoxlanılması, habelə daşınma yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi;
- Cəmiyyətin ərazisinə daxil olan qonaqların təyin olunmuş marşrutla hərəkət etmələrinə nəzarət etmək;
- Növbəni təhvil alan əməkdaş gələnədək xidmət yerini tərk etməmək;
- Təhlükəsizlik şöbəsinə aid olan blank, kitab və jurnalların vaxtında və dəqiq doldurulmasını həyata keçirmək;
- İş rejimini tənzimləyən daxili nizam-intizam qaydaları ilə müəyyən olunmuş vaxtda növbə çəkməyə başlayarkən həmin qaydalara ciddi riayət etmək;
- Şöbənin istifadəsində olan inventarların duzgün qaydada saxlanmasına, istifadə edilməsini həyata keçirmək;
- Şöbə tərəfindən mühafizə fəaliyyətinin həyata keçirildiyi yerlərdə müəyyən olunmuş postların yoxlanılmasını həyata keçirmək
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq hər hansı neqativ hal baş verdiyi halda ən qısa müddətdə Təhlükəsizlik şöbəsinin müdir müavinini məlumatlandırmaq;
- Video müşahidə kameraları vasitəsilə təhlükəsizliyin təmin olunması işlərini həyata keçirmək;
- Giriş-çıxış sisteminə nəzarət etmək;
- Sahəyə kənar şəxslərin girişinin qarşısının alınması üçün tədbirlərin görülməsini təşkil etmək.
Qeyd: Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Azərbaycan dili (səlis)
- Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
- Çevik, dürüst, nizam-intizamlı, məsuliyyətli, problem həlletmə bacarıqları
- Boy kriteriyası minimal olaraq 175 sm-dir;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Tam orta təhsil ;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.