Planlama mühəndisi

  • Strata
  • Elanın qoyulma tarixi: 08.12.2025

İşin təsviri

İş barədə məlumatlar: 

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Əmək haqqı: 2500 AZN;
  • 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Nahar şirkət tərəfindən verilir;
  • Vakansiya növü - tam ştat;
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

Tələblər:

  • Ali təhsil (mülki tikinti və inşaat mühəndisliyi);
  • Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
  • Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və PlanRadar) iş həcmi və son tarixləri əhatə 
  • edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və 
  • ehtimalların dəyərləndirilməsi;
  • Tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və hazırlanması;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ 
  • sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • MS Office (Word, Excel), Primavera, MS Project proqramlarını yüksək səviyyədə 
  • bilməli;
  • Yüksək səviyyədə analitik-riyazi bilikləri olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı, inşaat norma və qaydalarını bilməlidir;
  • Dil biliyi: Rus dili.

Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.

Öncədən təşəkkürlər.

Strata tərəfindən digər vakansiyalar