Əczaçılıq üzrə təcrübəçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məsuliyyətinə verilmiş maddi-texniki sərvətlərin uçotunu aparmaq;
  • Anbar əməliyyatlarının (qəbul, yerləşdirmə, komplektləşdirmə, göndərilmə) düzgün icrasını təmin etmək;
  • Stellaj kartlarının, jurnalların və digər anbar sənədlərinin vaxtında və düzgün doldurulmasına nəzarət etmək;
  • Məlumatların uçot sisteminə operativ və dəqiq daxil edilməsini təmin etmək;
  • Anbarda inventarizasiya proseslərində iştirak etmək;
  • Dərman vasitələrinin saxlanma qaydalarına riayət etmək və bu qaydalara nəzarət etmək;
  • Standart əməliyyat prosedurlarının formalaşdırılması və icrasına nəzarət etmək;
  • Kritik anbar obyektlərinin işinə və normal fəaliyyətinə nəzarət
  • Həyata keçirilməsi və soyuq zəncir tələblərinə düzgün riayət edilməsində iştirak
  • Anbarlarda deratizasiya və dezinseksiya tədbirlərinin həyata keçirilməsinin təşkili və onlara riayət olunmasına nəzarət
  • Bölmənin məsuliyyəti sahəsində sənədlərin hazırlanmasında və əczaçılıq keyfiyyət sisteminin təkmilləşdirilməsində iştirak

Tələblər:

  • Əczaçılıq üzrə təhsil;
  • MS Office proqramlarını bilmək;
  • Uçot sistemində iş təcrübəsi;
  • Ünsiyyətcil, məsuliyyətli və müstəqil qərar verə bilən.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Əczaçı” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına müraciət etmələri xahiş olunur.