İşin təsviri
Təsvir
- Bankın fəaliyyət istiqamətləri üzrə hüquqi təminat prosesinə dəstək verilməsi, hüquqi risklərin strateji səviyyədə qiymətləndirilməsi və risklərin azaldılması üzrə mexanizmlərin formalaşdırılması;
- Rəhbərlik edəcəyi istiqamət üzrə yeni bank məhsulları, layihələr və biznes prosesləri üzrə hüquqi çərçivənin qurulması, hüquqi risklərin təhlilinin aparılması və müvafiq hüquqi strategiyaların hazırlanması;
- Kompleks, yüksək dəyərli və strateji əhəmiyyətli müqavilələr üzrə (o cümlədən beynəlxalq müqavilələr) hüquqi ekspertiza prosesinə rəhbərlik etmək, bankın mənafelərinin maksimum qorunmasını təmin edən hüquqi mövqelər formalaşdırmaq;
- Bankın daxili korporativ aktlarının hazırlanmasına dəstək göstərmək;
- Struktur bölmələr tərəfindən təqdim edilən hüquqi məsələlər üzrə hüquqi rəy vermək, biznes qərarlarının hüquqi risklər baxımından qiymətləndirilməsini təmin etmək;
- Qanunvericilikdə baş verən dəyişikliklərin davamlı monitorinqinə nəzarət etmək;
- Xarici və yerli dövlət qurumları, tənzimləyici orqanlar, hüquq-mühafizə orqanları ilə hüquqi məsələlər çərçivəsində kommunikasiya və münasibətlərin idarə edilməsi;
- Komanda üzvlərinin fəaliyyətinə nəzarət, iş yükünün bölüşdürülməsi və peşəkar inkişafının təmin edilməsi üçün tədbirlər görmək.
Tələblər
- Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Korporativ hüquq/bank hüququ/müqavilə hüququ sahəsində minimum 5 il peşəkar iş təcrübəsi (rəhbərlik və ya ekspert səviyyəsində təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının mülki, bank, əmək, kommersiya və maliyyə qanunvericiliyini yüksək səviyyədə bilmək, tənzimləyici tələblərlə bağlı geniş praktiki təcrübə;
- Yüksək riskli müqavilələr, korporativ əməliyyatlar, daxili normativ sənədlər və hüquqi strategiyalar üzrə dərin ekspertiza;
- Hüquqi risklərin idarə edilməsi, hüquqi komplayens üzrə bilik və praktiki təcrübə;
- Qanunvericilikdəki dəyişikliklərin analitik təhlilini aparmaq və biznes qərarlarına təsirini əvvəlcədən proqnozlaşdırmaq bacarığı;
- İngilis və/və ya rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi bilik (hüquqi sənədləri sərbəst hazırlamaq və danışıqlar aparmaq bacarığı);
- Yüksək analitik düşüncə, strateji qərarvermə bacarığı, hüquqi hədəfləri biznesin məqsədləri ilə uzlaşdırmaq qabiliyyəti;
- Komanda idarəetmə, tapşırıqların planlaşdırılması, iş bölgüsü və performans nəzarəti təcrübəsi;
- Çətin situasiyalarda qərar vermək, Çoxfunksiyalı iş mühitində eyni vaxtda bir neçə tapşırığı koordinasiyalı şəkildə yerinə yetirmək bacarığı
- MS Office, süni intellekt, hüquqi araşdırma bazaları və müqavilə idarəetmə sistemlərindən peşəkar istifadə bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı.
Vakansiya haqqında
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.